Hadisə
1-09-2020, 12:36
165
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
Bakıda avtomobil qaçırılıb.
Bu barədə Bakıtv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Hacıqabul rayon sakini Q.Babayev avqustun 31-də Bakuvi küçəsindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rzaquliyev Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.