Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq ÖLDÜRDÜ
28-09-2021, 10:33
130

Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq ÖLDÜRDÜ

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
Hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ın sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər