Azərbaycanda 9 yaşlı məktəblini maşın vurdu - Hər iki ayağı sındı
28-09-2021, 10:43
150

Azərbaycanda 9 yaşlı məktəblini maşın vurdu - Hər iki ayağı sındı

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Abulbəyli kəndində Adil Qasımov adına orta məktəbin qarşısında qeydə alınıb.
Hərəkətdə olan minik maşını 2012-ci il təvəllüdlü Sadıqov Rövşən Natiq oğlunu vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər