Bakıdan rayona getdi, meyiti tapıldı
2-10-2021, 10:35
183

Bakıdan rayona getdi, meyiti tapıldı

Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.
Apa xəbər verir ki, araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər