Ağdaşda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
4-10-2021, 10:41
161

Ağdaşda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Ağdaş rayonunda yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 2-si saat 21 radələrində rayonun Orta Ləki kəndi ərazisində Yuxarı Ləki kənd sakini Nazim Feyzullayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə piyada, həmkəndlisi Mahir Məmmədovu vurub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər