Azərbaycanda polisin bıçaqlanmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB
11-10-2021, 11:32
131

Azərbaycanda polisin bıçaqlanmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Daşkasəndə polis serjantı Ruhlan Nəbiyev bıçaqlanıb. 
Onu bıçaqlayan 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.
O, ictimai asayişi pozan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. Bu səbəbdən mübahisə yaranıb.
Nəticədə F.Hüseynəliyev 1996-cı il təvəllüdlü polis əməkdaşını bıçaqlayıb.
Murad İbrahimli
***
11:07
Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. 
Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər