Astarada dərmandan zəhərlənən qadın xəstəxanada öldü
11-10-2021, 11:44
142

Astarada dərmandan zəhərlənən qadın xəstəxanada öldü

Astarada dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.
Report xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Elnarə Cəbrayıl qızı Əliyeva qəfildən özünü pis hiss edib. Həyat yoldaşı yaxınlıqda yaşayan həkim tanışını evə dəvət edib. Həkim də xəstəyə dərman verib. Buna baxmayaraq E.Əliyevanın səhhəti daha da pisləşib. Onu ötən gün axşam saatlarında Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Yaxınları iddia edirlər ki, xəstəyə vaxtında düzgün tibbi yardım göstərilməyib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq müayinələrdən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər