Sabirabadda 4 otaqlı ev əşyaları ilə birgə yandı
16-10-2021, 10:30
189

Sabirabadda 4 otaqlı ev əşyaları ilə birgə yandı

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir. Nazirliyin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər