Bərdədə ağır yol qəzası - 5 nəfər xəsarət aldı
17-10-2021, 21:45
166

Bərdədə ağır yol qəzası - 5 nəfər xəsarət aldı

Bərdədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 
Hadisə rayonun Mirzəxanli kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik maşını "Opel" markalı maşınla toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər