Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ
20-10-2021, 10:41
301

Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.
Hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 
Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.

Oxşar xəbərlər