Bakıda mənzildən meyit tapıldı
24-10-2021, 12:49
169

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən kişi meyiti tapılıb.
 FHN xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Məmmədhüseynov Məmmədhüseyn İlham oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər