Bakıda iki avtomobil toqquşdu - biri yandı
7-11-2021, 11:31
147

Bakıda iki avtomobil toqquşdu - biri yandı

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər