Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb
8-11-2021, 17:10
238

Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA bildirir ki, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb. Nəticədə sürücü burun və əlin sınığı xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.





Oxşar xəbərlər