Avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
11-11-2021, 13:24
154

Avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-u saat 22 radələrində rayonun Masazır qəsəbəsi Ə.Vahid küçəsində qəsəbə sakini İ.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Zamin Cəbrayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər