Türkiyədə polisdən qaçan azərbaycanlı qadın özünü eyvandan atdı
12-11-2021, 12:30
116

Türkiyədə polisdən qaçan azərbaycanlı qadın özünü eyvandan atdı

Türkiyənin Trabzon şəhərində polis azərbaycanlı qadınların olduğu evə basqın edib.  
Trabzon Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Etika Büro Komandirliyi qrupları, sosial şəbəkələrdə qadın alveri ilə məşğul olduğu bildirilən qadınların yaşadığı evdə  əməliyyat  keçirib. Basqın nəticəsində  Azərbaycan vətəndaşı olan qadınlardan biri  saxlanılıb. Digəri isə polisdən qaçmağa çalışıb. O, birinci mərtəbənin eyvanından özünü aşağı atıb.  Nəticədə  qadın baldır sümüyünü sındırıb. 
Polis qadınları və digər şəxsləri bölməyə aparıb. 2 azərbaycanlı qadının ifadələrindən sonra deportasiya ediləcəkləri bildirilib.
Onlar barəsində araşdırma aparılır.  

Oxşar xəbərlər