Pomidor turşusundan zəhərlənən qızın vəziyyəti ağırlaşıb - RƏSMİ
16-11-2021, 20:32
133

Pomidor turşusundan zəhərlənən qızın vəziyyəti ağırlaşıb - RƏSMİ

Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə "Kliniki Tibbi Mərkəz”ə (KTM) gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb. 
Bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir. 
Xatırladaq ki, pomidor turşusundan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib. "Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb. O, ötən gün xəstəxanada ölüb.

Oxşar xəbərlər