Bakıda partlayış: Ölən var - VİDEO
19-11-2021, 14:02
139

Bakıda partlayış: Ölən var - VİDEO

Bakıda ölümlə nəticələnən partlayış baş verib.
Oxu.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları mağazasında qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib. Partlayış nəticəsində ətrafda yerləşən mənzillərin pəncərələri qırılıb.
Fakla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər