Bakı metrosunda cibgir peyda oldu: Qadınların telefonlarını oğurlayır
20-11-2021, 11:55
137

Bakı metrosunda cibgir peyda oldu: Qadınların telefonlarını oğurlayır

Bakı metrosunun “28 May” stansiyasında oğurluq hadisələri baş verib.
Həmin stansiyada Balakən sakini C.Şərifovanın cibindən 430 manatlıq mobil telefon oğurlanıb. Hadisə noyabrın 18-də saat 15:00 radələrində baş verib.
Təxminən 3 saat sonra isə “28 May” stansiyasında Bakı şəhər sakini N.Əliyevanın cibindən telefon oğurlanıb.
Hər iki fakt üzrə araşdırma aparılır. / Oxu.az

Oxşar xəbərlər