İstirahət günləri yollarda 7 nəfər öldü
22-11-2021, 11:29
116

İstirahət günləri yollarda 7 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilən 67 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Oxşar xəbərlər