"Zapravka"da yük avtomobili yandı - Xəsarət alan var
30-11-2021, 10:26
314

"Zapravka"da yük avtomobili yandı - Xəsarət alan var

Xaçmazda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər