Yevlaxda dəyirmanda yanğın olub
1-12-2021, 10:18
332

Yevlaxda dəyirmanda yanğın olub

Yevlax şəhərində dəyirmanda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb. Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər