Tərtərdə oğurluq edən şəxslər saxlanıldı
1-12-2021, 21:20
513

Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Poli Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.
Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər