Bakı-Qazax yolunda ata qəza törətdi, oğlu yaralandı
3-12-2021, 10:28
152

Bakı-Qazax yolunda ata qəza törətdi, oğlu yaralandı

Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Hadisə Yevlax rayonunun Səmədabad kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" və "VAZ-2110" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Fəxrəddin Hacıyevin oğlu, 2000-ci il təvəllüdlü Ayxan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər