Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qaldı
3-12-2021, 10:39
156

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qaldı

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülər araşdırılıb:
“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.
“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş açıqlaması veriləcək”, - o vurğulayıb. 

Oxşar xəbərlər