Azərbaycanda DƏHŞƏT: Şagirdlər dərs zamanı bir-birini bıçaqladı
3-12-2021, 11:21
312

Azərbaycanda DƏHŞƏT: Şagirdlər dərs zamanı bir-birini bıçaqladı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
2010-cu il təvəllüdlü B. O. döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
O, məktəbdə 5-ci sinif şagirdi olan Ə.M. tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.

Oxşar xəbərlər