Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
6-12-2021, 13:56
190

Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin "Ay işığı” kafesində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faklta bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb./report

Oxşar xəbərlər