Saatlıda ağır qəza: Ölən var
7-09-2020, 14:33
225

Saatlıda ağır qəza: Ölən var

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, rayonun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Salmanov orada ölüb.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər