Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü
7-12-2021, 13:05
143

Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü

Sabirabadda minik avtomobili su kanalına aşıb.

FHN xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər