İcarəyə götürdüyü “Gelandewagen”lə adam vurdu
8-12-2021, 10:58
137

İcarəyə götürdüyü “Gelandewagen”lə adam vurdu

Bakıda icarəyə avtomobil götürən gənc ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.
Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.
Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər