Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı
8-12-2021, 20:34
51

Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən rayon sakini Aşa Musayeva qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki telefon mağazasında aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb və evinə geri qaytarılıb.
A.Musayevanın barəsində Oğuz RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər