Bakıda gənc oğlan atasını bıçaqlayıb
7-09-2020, 17:04
178

Bakıda gənc oğlan atasını bıçaqlayıb

Bakıda oğul atasını bıçaqlayıb.
Bakıtv.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Xəyyam Məmmədov münaqişə zəmində eyni ünvanda yaşayan atası Qəhrəman Məmmədovu bıçaqlayıb. Zərərçəkmiş Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər