Goranboyda iki avtomobil toqquşdu - xəsarət alanlar var
10-12-2021, 18:12
140

Goranboyda iki avtomobil toqquşdu - xəsarət alanlar var

Goranboyda xəsarətlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər mərkəzində qeydə alınıb. Belə ki,  "VAZ 21015" markalı minik maşını ilə "Ford" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 2003-cü il təvəllüdlü İlham İsmayılov və 2004-cü il təvəllüdlü Sahil İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar Yeni Veyisli kənd sakinləri olan yaxın qohumlardır.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər