Dəfələrlə məhkum olunan şəxs yenə tutuldu
10-12-2021, 18:26
149

Dəfələrlə məhkum olunan şəxs yenə tutuldu

Bakının Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb. 
Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə qeyd edilən oğurluqları törətdiklərini etiraf ediblər və akkumlyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.




Oxşar xəbərlər