Azərbaycanda DƏHŞƏT: Sərxoş şəxs qardaşını bıçaqladı (YENİLƏNİB)
14-12-2021, 10:29
152

Azərbaycanda DƏHŞƏT: Sərxoş şəxs qardaşını bıçaqladı (YENİLƏNİB)

Kürdəmirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Hadisə ötən gün gecə saatlarında baş verib. Belə ki, qardaşını bıçaqlayan Şıxəliyev Cavanşir Rasim oğlu psixi problemlərdən əziyyət çəkir. Eyni zamanda o, nitq qüsurludur. İki qardaş hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar. Zərərçəkmiş Şıxəliyev Mübariz Rasim oğlu isə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə azadlığa çıxıb.
Hadisəni törədən C.Şıxəliyev polis tərəfindən saxlanılıb.
Hər iki şəxs subay olub.
Murad İbrahimli
***
09:25
Kürdəmirdə qardaşlar arasında yaranan mübahisə qanla bitib.
Hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Kənd sakini, 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu qardaşı 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğluna aralarında yaranmış şəxsi münaqişə zəminində bir neçə bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan Mübariz Şıxəliyev Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər