Qarsda sərnişin avtobusu qəzaya uğradı - 2 azərbaycanlı öldü
19-12-2021, 13:52
147

Qarsda sərnişin avtobusu qəzaya uğradı - 2 azərbaycanlı öldü

Dünən Türkiyədə baş verən qəzada 2 azərbaycanlı həyatını itirib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.
 

Oxşar xəbərlər