Narkotikin təsiri altında qəza törədən şəxs həbs edildi
21-12-2021, 23:34
198

Narkotikin təsiri altında qəza törədən şəxs həbs edildi

Narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ-2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib.
Nəticədə daha 3 nəqliyyat vasitəsinə - “VAZ-21154”, “VAZ-21063” və “Mercedes-Benz” markalı avtomobillərə ciddi ziyan dəyib.
E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.
Narkotikin təsiri altında qəza törədən şəxshəbs edildi

Oxşar xəbərlər