Bakıda DƏHŞƏT: Oğul anasının başını kəsdi (YENİLƏNİB)
24-12-2021, 11:30
325

Bakıda DƏHŞƏT: Oğul anasının başını kəsdi (YENİLƏNİB)

Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
***
07:12
Bakıda oğul anasını qətlə yetirib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.
Qonşular İTV-yə bildirib ki, bundan öncə onlarda problem eşidilməyib, sakit ailə olublar. Oğlanın isə hansı səbəbdən qətl törətdiyi hələ ki, dəqiqləşdirilməyib.
Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər