Azərbaycanda avtobus "Shacman"la TOQQUŞDU
27-12-2021, 10:29
135

Azərbaycanda avtobus "Shacman"la TOQQUŞDU

Mingəçevirdə yük avtomobili avtobusla toqquşub.
Hadisə səhər saatlarında, şəhərin Gəncə şossesində baş verib. Belə ki, "Shacman" markalı yük maşını "Daewoo" markalı avtobusu vurub.
Qəza nəticəsində  müxtəlif bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib. Avtobusda olan bir neçə sərnişinə isə tibbi yardım göstərilib. 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər