"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var
30-12-2021, 11:29
267

"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var

Bakıda qaz sızmasından partlayış olub.
Hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər