Avtomobil 60 yaşlı qadını vurdu - Sürücü hadisə yerindən qaçdı
30-12-2021, 15:43
339

Avtomobil 60 yaşlı qadını vurdu - Sürücü hadisə yerindən qaçdı

Kürdəmir rayonunda avtomobil 60 yaşlı qadını vurub, sürücü qaçıb.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 60 yaşlı Kərimova Xatirə Ərzulla qızı yol kənarında olarkən "OKA" markalı avtomobillə vurulub. Daha sonra avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Ağır bədən xəsarəti alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda Kürdəmir Rayon Polis Şöbəsində maraşdırma aparılır, sürücünün tapılması istiqamətində işlər davam etdilir.

Oxşar xəbərlər