Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 ölü, 7 yaralı
9-09-2020, 10:21
244

Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 ölü, 7 yaralı

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.
Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.
“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb.
Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var.

Oxşar xəbərlər