Hadisə
4-01-2022, 17:44
271
Qadın özünü illər öncə atasının da intihar etdiyi kanala atdı - Yenilənib+Foto
Xaçmazda qadının özünü Samur- Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.
Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.
Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.
Hazırda axtarışlar davam edir.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
51 yaşlı Səlminaz Rüstəmovanın özünü kanala atmağının təfərrüatı məlum olub. Belə ki, o, əvvəlcə oğluna zəng edərək özünü su kanalına atacağını bildirib və canına qıyıb. Bundan sonra əraziyə polis və FHN-in əməkdaşları gələrək axtarışa başlayıb.
Bacısı Gülbəhər Kərimova bildirib ki, hələ bir neçə gün öncə o bacılarına zəng edərək dünyasını dəyişən analarının yanına gedəcəyini deyib.
Araşdırma zamanı məlum olub ki, qadının atası da illər öncə özünü eyni su kanalına ataraq canına qıyıb.