Lökbatanda yaşayış binasında yanğın - YENİLƏNİB
5-01-2022, 15:59
135

Lökbatanda yaşayış binasında yanğın - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
***15:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
FHN-in saytı xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər