Bakıda evdən qadın meyiti tapıldı
5-01-2022, 17:41
136

Bakıda evdən qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in saytı xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər