İki yeniyetmə itkin düşdü
10-01-2022, 11:22
126

İki yeniyetmə itkin düşdü

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.
Yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.
Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Oxşar xəbərlər