On gün əvvəl kanalda batan şəxsin cəsədi tapıldı
17-01-2022, 17:45
120

On gün əvvəl kanalda batan şəxsin cəsədi tapıldı

On gün əvvəl yol qəzası nəticəsində Xızıda kanalda batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər