Bakıda iki sərnişin avtobusu toqquşub, ana və oğlu yaralanıb
18-01-2022, 11:44
149

Bakıda iki sərnişin avtobusu toqquşub, ana və oğlu yaralanıb

Bakıda 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.
Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. "Çinar Trans" MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət "Çinar Trans" MMC-dən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.
Qəza zamanı 1968-ci il təvəllüdlü İbrahimova Nüşabə Əjdər qızı və onun oğlu, 2009-cu il təvəllüdlü Rəhmətov Yusif Elşən oğlu yaralanıb.
Xəstəxanaya yerləşdirilən N. İbrahimovaya hər iki diz oynağının və alın nahiyəsinin əzilməsi, E. Rəhəmətova isə sağ diz və sol bazu oynağının əzilməsi diaqnozu qoyulub.

Oxşar xəbərlər