Şabran sakini odlu silahını polisə təhvil verdi
28-01-2022, 19:12
7 406

Şabran sakini odlu silahını polisə təhvil verdi

Şabran sakini evində olan odlu silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində sənədsiz odlu silahların könüllü təhvil verilməsi istiqamətində vətəndaşlar arasında apardıqları profilaktiki söhbətlər nəticəsində rayon sakini M.Aslanov təklüləli, beşatılan markalı ov tüfəngini könüllü olaraq polis şöbəsinə gətirərək təhvil verib.

Oxşar xəbərlər