Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI
31-01-2022, 12:57
1 792

Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ DOĞRADI

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.
Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib. N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.

Oxşar xəbərlər