DSX İranla sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılan var (FOTO)
2-02-2022, 14:27
7 568

DSX İranla sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılan var (FOTO)

İrandan Azərbaycana 9 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.
Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram marixuana, 900 qram kakos) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
  • DSX İranla sərhəddəƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılan var (FOTO)

Oxşar xəbərlər